A

Avropa Universitetlər Assosiasiyası (EUA) cari ilin 4-5 oktyabr tarixlərində Helsinki şəhərində keçiriləcək EUA Maliyyə Forumuna müraciətləri qəbul edir.

Forumda aşağıdakı mövzular ətrafında müzakirələr aparılacaq:

Ø  Universitet konsorsiumlarının/alyanslarının maliyyələşdirilməsi;

Ø  Yaşıl və rəqəmsal keçidlərə investisiya;

Ø  NextGenerationEU ali təhsil və tədqiqat fondları;

Ø  Universitet maliyyələşdirməsində dürüstlük və risklərin idarə edilməsi;

Ø  Maliyyələşdirmə modeli islahatlarının nümayişi;

Ø Mükəmməllik təşəbbüsləri, rəqabətədavamlı və məqsədyönlü maliyyələşdirmə: maliyyələşdirənlər tərəfindən strateji rəhbərliyə yer varmı?

Ø  Siyasət prioritetləri və idarəetmə alətləri arasında strateji maliyyə planlaşdırması;

Ø  Demoqrafik dəyişikliklər fonunda inkişaf edən maliyyələşdirmə modelləri;

Ø  Özəl ali təhsil sektorunun təkamülü;

Ø  Kapital üçün maliyyə alətləri;

Ø  Beynəlmiləlləşmənin maliyyəsi;

Ø  Universitet daşınmaz əmlakının yenidən nəzərdən keçirilməsi;

Ø  Yeni fəaliyyətlər üçün yeni maliyyələşdirmə modelləri.

Müraciət üçün son tarix: 29 aprel 2024-cü il.

Ətraflı məlumat

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay