UNEC-də hər il olduğu kimi, bu il də imtahan sessiyası dövründə hər həftənin şənbə günü rektor professor Ədalət Muradovun “Açıq qapı” günləri keçiriləcək.

İlk “Açıq qapı” 13 yanvar, saat 10:00-da UNEC-in əsas tədris binasında təşkil olunacaq. İmtahanla bağlı sualı, şikayəti və təklifi olan tələbə və valideynlər “Açıq qapı”da iştirak edə bilərlər.

“Açıq qapı”ya “1846 Qaynar Xətti”nə və ya “4925903 (daxili 1199) İmtahan Qərargahı”na zəng edərək yazılmaq mümkündür.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay