Litvanın Mikolos Romeris Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir.

Proqramda bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər.

Tədris ingilis dilindədir.

Müraciət üçün əsas şərtlər:

  • Tələbənin ümumi orta balı (ÜOMG) 91-dən yuxarı olmalı;
  • İngilis dili ən az B2 səviyyəsində olmalı;
  • Magistratura pilləsi üzrə 2-ci kurs tələbəsi olmalı.

Müraciət üçün son tarix: 17 noyabr, 2023-cü il

Tələb olunan sənədlər:

  • Transkript (bütün semestrlər üzrə)
  • CV (ingilis dilində)- İş təcrübəsi olanlar təcrübə keçdikləri qurumdaki rəhbərin əlaqə vasitələrini (tel.nömrəsi və e-poçt ünvanı) qeyd etməlidirlər.
  • Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
  • Niyyət məktubu (ingilis dilində)
  • Müvafiq dil sertifikatı (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis dilində təhsil aldığını göstərən sənəd).

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq).

Elektron məktubu göndərərkən başlıq hissəsində «Mikolos Romeris Universiteti» yazılmalıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay