Non-Erasmus proqramı çərçivəsində Ural Dövlət İqtisad Universiteti UNEC tələbələri üçün mübadilə təklif edir.
Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr.
Müddət: 2023/2024-cü tədris ilinin yaz semestrində (8 yanvar-30 iyun)
Tədris dili: rus və ingilis dili
Tədris proqramları haqqında məlumat:
Bakalavrlar üçün: https://abit.usue.ru/baza-profilej-bakalavriat/
Magistrlər üçün: https://abit.usue.ru/baza-programm-mag/
Əsas şərtlər:
- Tələbələrin orta balı (ÜÖMG) – 75-dən yuxarı olmalı;
- İngilis dilini sərbəst bilməli (dil sertifikatına sahib olanlara üstünlük veriləcək).
- UNEC-in 1, 2 və ya 3-cü kurs tələbəsi olmalı.
Tələb olunan sənədlər:
- Akademik transkript
- CV (ingilis dilində)
- Pasport
Son müraciət tarixi: 20 noyabr 2023-cü il.
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin “Ural Dövlət İqtisad Universiteti” yazılmalıdır.