A

UNEC Karyera Mərkəzi karyera planlaşdırılması istiqamətində tələbələrə dəstək göstərmək məqsədilə peşəkar mentorların dəstəyi ilə kouçinq xidmətini elan edir.

28 noyabr saat 12:00-da Marketinq sahəsində 14 illik peşəkar təcrübəyə malik, professioanl biznes trener Sənan Həsənovla fərdi kouçinq (məsləhət) görüşü üçün UNEC tələbələri müraciət edə bilərlər. Fərdi kouçinq üçün yalnız 20 tələbə seçiləcəkdir.

Müraciət üçün linkdən qeydiyyatdan keçmək şərtdir: bit.do/unec-koucinq

Müsbət dəyərləndirilən tələbələrlə əlaqə saxlanılacaq.

Sənan Həsənov “Erikson International” şirkətinin Azərbaycan nümayəndələyinin rəhbəri, “BMG International” şirkətinin təsisçisidir. Buna qədər Amedia Agentliyinin direktoru, Caspian Development Bankının Biznesin İnkişafı Direktoru, DəmirBank ASC-nin marketinq departamentinin direktoru müavini, ASB Bankın Müştəri xidmətləri departamentinin direktoru, Rabitəbankın marketinq meneceri vəzifələrində çalışıb. 
Nüfuzlu Niderland Marketinq İnstitutunun NİMA Marketing B diplomuna sahibdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR