A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tərəfdaş olduğu Kanada Texnologiya İnstitutu tərəfindən “Yeni həyat yolu: Süni intellekt, robototexnika, kibertəhlükəsizlik, smart şəhərlər və rəqəmsal iqtisadiyyata körpü yaratmaq” adlı 4-cü Beynəlxalq konfrans keçiriləcək.

Konfrans 30-31 may 2024-cü il tarixlərində Albaniyanın Tiran şəhərində baş tutacaq.

Konfransın məqsədi coğrafi sərhədləri aşaraq, innovasiyaların yaranmasına təkan vermək üçün elm adamları və sənaye mütəxəssislərini bir araya gətirməkdir.

Konfransın mövzuları:

  • Süni intellekt (AI)
  • Kibertəhlükəsizlik
  • Robotexnika və avtomatlaşdırma
  • Smart texnologiyalar
  • Rəqəmsal iqtisadiyyat
  • Statistika və ekonometrika

Xülasələrin təqdim edilməsi üçün son tarix: 15 mart 2024-cü il

Xülasələrin təsdiqi: 30 mart 2024-cü il

Tam sənədlərin təqdim edilməsi üçün son tarix: 15 may 2024-cü il

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay