UNEC-də “Elmi plagiat hallarına qarşı mübarizə Qaydaları”nın məzmunu ilə bağlı buraxılış və ya dissertasiya işi yazan bakalavr və magistrantların tanış edilməsi məqsədilə 12-16 fevral tarixlərində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən təlimlər keçiriləcək.

Təlimlər Biznes və Menecment, Maliyyə və Mühasibat, İqtisadiyyat və İdarəetmə, Mühəndislik fakültələri, Rus İqtisad Məktəbi, UNEC Dizayn Məktəbi, SABAH Mərkəzi, UNEC Biznes Məktəbi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində baş tutacaq.

Təlimlərin bütün tələbələr üçün əlçatanlğını təmin etmək məqsədilə görüşlər onlayn formada Zoom platforması üzərindən və BMDM-in rəsmi facebook səhifəsi üzərindən canlı olaraq yayımlanacaq.

Təlimlərə onlayn qoşulmaq istəyənlər üçün ZOOM linki:
https://zoom.us/j/97359573434?pwd=RXhiNjdOQVFIRkorTWcyOVBlMGxIUT09

Meeting ID: 973 5957 3434
Passcode: 633023

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay