A

Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında imzalanmış üçtərəfli memorandum çərçivəsində “Dövlət sektorunda audit” mövzusunda təşkil olunmuş təlimlərdə iştirak etmiş “Maliyyə və mühasibat” fakültəsinin məzunlarına sertifikatlar təqdim olunub.

İyulun 28-də Azərbaycan Respublikasının Hesablama Palatasında “Dövlət sektorunda audit” mövzusunda təlimlərin iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, Aparat rəhbəri Tamerlan Yusif-zadə, UNEC-in tədris üzrə prorektoru dosent Gəray Musayev, “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev, Hesablama Palatasının əməkdaşları və məzunlar iştirak ediblər.

Tədbirdə  Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov və UNEC-in tədris üzrə prorektoru dosent Gəray Musayev çıxış edərək Hesablama Palatası və UNEC arasında elmi-praktik əlaqələri inkişaf etdirmək, ixtisaslı kadr hazırlığını təmin etmək, birgə əməkdaşlığın, məlumat mübadiləsinin vacibliyini nəzərə alaraq, qarşılıqlı maraqların yaradılması və gücləndirilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dəstək göstərmək və təcrübə mübadiləsi ilə əlaqələrin inkişafını təşviq etməkdən ibarət olan təlimlərin iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbir çərçivəsində 13 məzun fərqlənmə sertifikatı, 15 məzun müvəffəqiyyət sertifikatı, 27 məzun isə iştirak sertifikatı ilə təltif edilib.

Əməkdaşlıq çərçivəsində kadr hazırlığının təmin edilməsi məqsədilə ilk dəfə olaraq dövlət orqanının əməkdaşları tərəfindən, bilavasitə ali təhsil müəssisəsində praktik təlimlər keçməklə, “Dövlət sektorunda audit”in öyrənilməsində yüksək fəallıq və nəticə göstərmiş məzunların Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunması planlaşdırılır.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay