A

“UNEC istedadı” layihəsində Distant, qiyabi və əlavə təhsil mərkəzinin III kurs tələbəsi Solmaz Zeynallını təqdim edirik.

S.Zeynallı 1998-ci il fevralın 4-də Bakıda anadan olub. Orta təhsilini Bakı şəhəri H.Hüseynov adına 83 saylı liseydə alıb. Məktəbdə oxuduğu dövrdə idman dərslərində fəal iştirak etdiyini və idmana xüsusi marağını görən müəllimi Solmaza karate ilə məşğul olmağı tövsiyə edib. Atasının dəstəyi ilə o, karatenin kyokuşin növü ilə professional məşğul olmağa başlayıb və qısa zamanda böyük uğurlara imza atıb. 11 yaşında yeniyetmələr arasında Dünya kubokunun sahibi olan Solmaz, dəfələrlə respublika çempionatının, beynəlxalq turnirlərin qalibi olub, həmçinin Avropa, Qafqaz və Avrasiya çempionları adını qazanır.

UNEC istedadı professional idmançı olmaqla yanaşı, gələcəkdə peşəkar iqtisadçı kimi çalışmağı düşünür.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay