A

UNEC-in Maliyyə və mühasibat fakültəsinin I kurs tələbəsi Lalə Mustafayeva  “UNEC istedadı” layihəsində:

 L.Mustafayeva 2000-ci il iyul ayının 14-də Şəkidə anadan olub. Kiçik yaşlarından musiqiyə marağı olduğundan o, Müslüm Maqomayev adına 26 saylı musiqi məktəbində fortepiano üzrə təhsil alıb. Bununla yanaşı, həmin məktəbin xor dərnəyində çıxış edib, səs tonunun soprano olması ilə digər şagirdlərdən seçilib.

Musiqi təhsilini davam etdirməklə yanaşı, L.Mustafayeva həvəskar rəssamlıqla da məşğul olub. O, məktəbdə oxuduğu dövrdə təşkilatçılıq bacarığı ilə seçilən fəal şagirdlərdən olmaqla yanaşı, dərslərinə də məsuliyyətlə yanaşaraq, orta məktəbi fərqlənmə ilə bitirib.

2017-2018-ci tədris ilində 636 bal toplayaraq UNEC-in Maliyyə və mühasibat fakültəsinə qəbul olub. L.Mustafayeva öz fakültəsində mühasibat uçotu və audit ixtisası üzrə ən yüksək bal toplamaqla yanaşı, həm də UNEC-in xüsusi təqaüdünə layiq görülüb.

L.Mustafayeva universitetin ictimai-sosial həyatında da fəal iştirak edir, UNEC Yaradıcılıq Mərkəzinin üzvüdür. O, UNEC istedadları olan Zəka Əhmədli və Şamil İsmayılovla birlikdə “Causa” qrupu yaradaraq “The Young Star of UNEC 2” səs yarışmasına qatılıb. UNEC istedadlarının təmsil olunduğu “Causa” qrupu səs yarışmasında 2-ci yeri qazanıb.

L.Mustafayeva gələcəkdə öz ixtisası üzrə peşəkar mütəxəssis kimi çalışmağı düşünür, eyni zamanda incəsənət sahəsində olan bacarıqlarını inkişaf etdirməyi arzulayır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay