A

“UNEC istedadı”layihəsi davam edir.

Layihənin budəfəki qəhrəmanı İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsi Rəşad Aslandır.

O, 1997-ci il iyun ayının 6-da Şirvan şəhərində anadan olub. Orta təhsilini N.Nərimanov adına 2 nömrəli tam orta məktəbdə alıb. Məktəbdə təhsil aldığı dövrdə yaradıcılığa olan böyük marağı və istedadı sayəsində sosial layihələrdə və respublika səviyyəli tədbirlərdə fəal iştirak edib. Rəşadın yazdığı şeir və hekayələr məktəbli-uşaq qəzet və jurnallarında dərc olunub.

UNEC-ə qəbul olduqdan sonra Rəşad Aslan universitetin ictimai sosial həyatında yaxından iştirak etməyə başlayıb, tələbə təşkilatlarında məsul vəzifələrdə təmsil olunub. UNEC Yaradıcılıq Mərkəzinin üzvü olan Rəşad yaradıcılıq uğurlarının böyük hissəsini həmin mərkəz sayəsində əldə etdiyini bildirib. O, Yaradıcılıq Mərkəzinin qiraət dərnəyində, sonra isə aktyorluq truppasında fəaliyyət göstərib. UNEC-də səhnələşdirilən bütün tamaşalarda əsas rolları ifa edib. Azərbaycanın daha böyük səhnələrində- Azərbaycan Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqında müxtəlif tamaşalarda yer alıb.

“UNEC Tələbə Teatrı”nın yaradılmasını istedadlı tələbələr üçün böyük şans adlandıran Rəşad, səhnə fəaliyyətində ən yadda qalan obrazlarının Molla Məhəmməd (“Günəşin Qızı”), Dəli Səməd (“Ünvansız Qatar”), Fərhad (“Yarımçıq qalmış”), Əmir Teymur (“İki cahan”) olduğunu deyir.

Dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi münasibətilə UNEC Yaradıcılıq Mərkəzinin hazırladığı “İki Cahan” tamaşası Türkiyənin Ankara şəhərində nümayiş etdiriləcək. UNEC istedadı Rəşad Aslan Türkiyə səhnəsində Əmir Teymur obrazı ilə çıxış edəcək.

Şeirləri:
Ana olmaq
Ya, ya da

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay