A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində 18 Oktyabr- Dövlət Müstəqilliyinin Bərpası Gününün 32-ci ildönümünə həsr olunan seminar keçirilib.

Seminarda dekan müavini Cavahirxanım Məmmədova çıxış edərək, müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqının nümayiş etdirdiyi qətiyyətli iradəsindən, gələcək taleyinə sahib çıxma bacarığından söhbət açıb.

İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov çıxışında 1990-cı illərdə Azərbaycanın siyasi, iqtisadi, ictimai vəziyyətinə nəzər salaraq bu dövrün çətinliklərindən, xalqın qəhrəmanı kimi tarixə düşən Ümumilli Lider Heydər Əliyevin gəlişindən, siyasi kursunu davam etdirən cənab İlham Əliyevdən söz açaraq, əldə olunan uğurları qeyd edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay