A

UNEC-in “Biznes və logistika” kafedrasının dosenti Gülnarə Əzizovanın təşkilatçılığı ilə Biznes və menecment fakültəsində Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov açaraq, müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun bizə yaşatdığı qələbə sevincindən danışıb.

Biznes və logistika kafedrasının müdiri dos.Məhəmməd Əliyev tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazandığını, 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımızın azadlığa qovuşduğunu, ərazi bütövlüyümüzün bərpa edildiyini vurğulayıb, müharibə zamanı baş verən proseslərdən, qəhrəman Azərbaycan övladlarının göstərdikləri şücaətlərdən bəhs edib.

Sonda tədbir bədii hissə ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay