A

Oktyabrın 28-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Nofəl Quluyevin anım günü idi.

UNEC-in Mühəndislik fakültəsinin müəllimləri şəhidin anım günündə Gədəbəy rayonunun Qoşabulaq kəndində yaşadığı evdə ailəsi ilə görüşərək, Nofəllə bağlı xatirələrini bölüşüblər. Daha sonra UNEC kollektivi N. Quliyevin dəfn olunduğu məzarlığa gedərək, onun  əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar və gül dəstələri düzüblər.

Nofəl Quluyev ölümündən sonra «Vətən uğrunda» və «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay