A

UNEC-in Mühəndislik fakültəsinin müəllim və tələbə heyəti fakültənin şəhid məzunu Bəhruz Məmmədovun anım günündə şəhidin ailəsi ilə görüşüb.

Mühəndislik fakültəsinin kollektivi şəhidin doğmaları ilə birlikdə Yevlax rayonunun Xaldan kəndindəki məzarlığa gedərək, UNEC ailəsi adından Bəhruz Məmmədovun məzarı önünə əklil və gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Bəhruz Məmmədov “Vətən uğrunda”, "Cəsur döyüşçü", “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay