A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) 9 Noyabr- Dövlət Bayrağı Gününə həsr edilmiş açıq dərs keçirilib.

Açıq dərsdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova tələbələrə Dövlət bayrağının yaranması ilə bağlı ətraflı məlumat verib. C.Məmmədova dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini diqqətə çatdıraraq, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirən rəsmi dövlət rəmzlərindən biridir.

Açıq dərsdəki çıxışında “İqtisadiyyat və idarəetmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov bayrağın xalqın, millətin varlığının sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisi olduğunu qeyd edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay