A

UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev və Əlavə təhsil şöbəsinin müdiri Emin Qəribli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinin dəvəti ilə fondda olublar.

DSMİF-nin müvafiq struktur rəhbərləri ilə keçirilən görüşdə QƏTM-in direktoru Səbuhi Tanrıverdiyev tədris prosesinin əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində universitet tərəfindən həyata keçirilən yeniliklər, universitetlə iş dünyası arasında qurulan əməkdaşlıq əlaqələri, UNEC məzunlarının işlə təmin olunmasında iş dünyası ilə birgə fəaliyyəti təmin edən “UNEC2B” Platforması barədə ətraflı məlumat verib.

Sonra tərəflər arasında UNEC tələbələrinin Fondda istehsalat təcrübəsinin təşkili, tələbə və məzunların işlə təmin edilməsi, DSMF əməkdaşlarının UNEC-də əlavə təhsilə, həmçinin sertifikat proqramlarına cəlb edilməsi imkanları, eləcə də digər istiqamətlərdə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay