A

UNEC-də Ümumi fənlərin tədrisinin təşkili departamenti, İqtisadiyyat və idarəetmə, Rəqəmsal İqtisadiyyat, Mühəndislik, Türk Dünyası İqtisad Fakültəsi, SABAH Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Rus İqtisad Məktəbi, UNEC Biznes Məktəbində 20 Yanvar- Ümumxalq Hüzn Gününə həsr olunan dəyirmi masa keçirilib.

Tədbirlərin əvvəlində 20 yanvar faciəsində və Zəfərə gedən yolda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə 90-ci illərin sonunda keçmiş sovetlər birliyinin tənəzzülü ərəfəsində respublikamızda baş vermiş siyasi proseslər barədə geniş məlumat verilib. Həmin dövrdə 20 Yanvara aparan faciə yolunda xalqımıza qarşı həyata keçirilən qərəzli, düşmənçilik siyasəti ətraflı şərh edilib. Bu hadisələrdə UNEC-in tələbəsi Habil Əzizovun və məzunu İlqar Əbülhəsənovun da şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıblar. Çıxış edənlər 20 Yanvar hadisələrinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, ulu öndərin banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edən Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasının vacibliyindən bəhs ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay