UNEC-də 2023/2024-cü tədris ilinin Yay semestrinə qeydiyyat başlayıb. Yay semestrinə qeydiyyat adları SİYAHIDA təqdim edilən fənlər üzrə aparılacaq.
Tələbələr siyahıda təqdim edilməmiş, lakin akademik borcları olduğu digər fənlər üzrə də qeydiyyat üçün müraciət edə bilərlər (fənn üzrə qrupların açılmasına kifayət edəcək sayda tələbə müraciəti formalaşdıqca həmin fənlərdən də qruplar yaradılacaq).
Yay məktəbinə digər ali təhsil müəssisəsinin tələbələri də müvafiq sənəd təqdim edərək qoşula bilərlər.
Yay semestrinə qeydiyyat iyulun 15-ə dək aparılacaq.
Tələbələr qeydiyyat üçün fakültə, mərkəz və məktəb tyutorlarına müraciət etməlidirlər.
Yay semestrinin təşkili ilə bağlı UNEC Yay məktəbinin Facebook səhifəsi yaradılıb.
Tələbələr Yay semestri barədə suallarla bağlı həmin səhifəyə müraciət edə bilərlər.
Qeyd: Yay semestri tələbələrin akademik borclarının ləğv edilməsi, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi və ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması məqsədi ilə təşkil edilir.
Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditin ümumi həcmi 10-dan artıq olmamalıdır.
UNEC-də Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 həftədir. İmtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Qiyabi təhsil formasında tədris müddəti (nəzəri təlim və imtahan müddəti) 3 həftə olaraq müəyyən edilir.
Əyani təhsil üzrə |
|||
Fənnin adı |
Fənnin kodu |
Fənnin krediti |
|
1 |
Biznesin əsasları |
00200 |
6 |
2 |
Marketinq |
00532 |
6 |
3 |
İnsan resurslarının idarə edilməsi |
00425 |
4 |
4 |
Azərbaycanın tarixi |
00005 |
5 |
5 |
Fəlsəfə |
00341 |
3 |
6 |
Əməyin iqtisadiyyatı |
00307 |
4 |
7 |
İqtisadiyyata giriş |
00021 |
6 |
8 |
Mikroiqtisadiyyat |
00591 |
10 |
9 |
Marketinq tətqiqatları |
00535 |
4 |
10 |
Audit |
00152 |
4 |
11 |
Pul və banklar |
0406y |
7 |
12 |
Statistika |
00837 |
10 |
13 |
Korporativ maliyyə |
00503 |
6 |
14 |
Xətti cəbr və riyazi analiz |
00056 |
8 |
15 |
Ekonometrika |
00282 |
10 |
16 |
B1 Xarici dildə işgüzar və akademik kommunikasiya-3 |
00760 |
4 |
17 |
A2 Xarici dildə işgüzar və akademik kommunikasiya-2 |
00122 |
3 |
18 |
B1 Xarici dildə işgüzar və akademik kommunikasiya-3 |
00932 |
4 |
19 |
B1+ Xarici dildə işgüzar və akademik kommunikasiya-4 |
00934 |
4 |
20 |
A1 Xarici dildə işgüzar və akademik kommunikasiya-1 |
00058 |
4 |
21 |
A2 Xarici dildə işgüzar və akademik kommunikasiya-2 |
00073 |
3 |
Qiyabi təhsil üzrə |
|||
Fənnin adı |
Fənnin kodu |
Fənnin krediti |
|
1 |
AR Konstitusiyası və hüququn əsasları |
1701yq |
2 |
2 |
Fəlsəfə |
4001yq |
4 |
3 |
Kimya-2 |
1317yq |
7 |
4 |
Müəssisə maliyyəsi |
2206yq |
4 |
5 |
Xarici dil-2 |
3902yq |
6 |
6 |
Xətti cəbr və riyazi analiz |
00056q |
8 |
7 |
Ekonometrika |
1803yq |
7 |
8 |
Mülki müdafiə |
00034q |
3 |
9 |
Xarici dil-1 |
3901yq |
7 |