A

Oktyabrın 12-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Eldar Əliyevin anım günüdür.

Eldar Əliyevin anım günündə Əhmədli qəsəbəsində, yaşadığı evinin önündə xatirə lövhəsinin açılışı olub. Tədbirdə şəhidin ailə üzvləri ilə yanaşı, UNEC-in Rəqəmsallaşma üzrə prorektoru Raqif Qasımov, Türk Dünyası İqtisad  fakültəsinin (TUDİFAK)  dekanı professor Dr.Mehmet Yüce, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, dekan müavinləri, İqtisadiyyat və işlətmə kafedrasının müdiri Oqtay Quliyev və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonra UNEC kollektivi şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad edib, önünə əklil və gül dəstələri düzüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay