A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə kollecin direktoru dos. Oruc Məmmədov ümummilli lider Heydər Əliyevin şəxsiyyətindən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatındakı misilsiz rolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu tarixində tutduğu mövqeyindən, gənc nəslin şəxsiyyət kimi formalaşmasında və inkişafında ulu öndərin irsinin zəngin dəyərlərindən danışıb.

UNEC rektorunun kolleclər üzrə məsləhətçisi professor Nuru Mikayılov və Yeni Azərbaycan Partiyasının kollec üzrə ilk partiya təşkilatının sədr müavini Alı Əliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış ediblər.

Sonra regionlarda və Bakı şəhərində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilən “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsində müvafiq nominasiyalar üzrə kollecin uğur qazanmış tələbələri ədəbi-bədii proqramla çıxış ediblər.

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsin qalibləri:

Respublika üzrə:

  1. Musayeva Fidan Qədir qızı - rəqs nominasiyası üzrə 3-cü yer;

Bakı şəhəri üzrə:

  1. Məmmədli Cəmilə Cəmil qızı - mahnı nominasiyası üzrə 2-ci yer;
  2. Abdurahmanova Aygün Bünyad qızı - mahnı nominasiyası üzrə 3-cü yer;
  3. Qasımova Gülnur Etibar qızı - şeir nominasiyası üzrə 3-cü yer;
  4. Musayeva Fidan Qədir qızı - rəqs nominasiyası üzrə 2-ci yer;
  5. Mehtiyeva Aysel Cəsarət qızı - rəqs nominasiyası üzrə 3-cü yer.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay