A

UNEC-in İqtisadiyyat fakültəsində 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.

İqtisadiyyat fakültəsinin müəllim-tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə fakültə dekanı dos. Elçin Eyvazov Milli Qurtuluş Gününün tarixi barədə qısa məlumat verib.

Sonra Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının müdiri prof. Əli Əlirzayev geniş məruzə ilə çıxış edib. O, Azərbaycanın 1993-cü ildən bu günə qədər keçdiyi inkişaf yolu, həyata keçirilən sosial-iqtisadi islahatlar haqqında ətraflı məlumat verərək, ötən illər ərzində qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu kursu uğurla davam etdirməsi faktının dayandığını diqqətə çatdırıb.

İqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri prof. Məhiş Əhmədov isə Milli Qurtuluş Gününün ictimai, siyasi və tarixi əhəmiyyətdən, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, sosial-iqtisadi inkişafındakı müstəsna rolundan danışıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay