A

UNEC-də yeni fənlərin tədrisinin keyfiyyətinin artırılması istiqamətində növbəti addım atılıb.

Belə ki, UNEC müəllimləri Türkiyənın Marmara, Yıldız Texniki, Hacəttəpə, Ankara, İstanbul, Qazi, Artvin Çoruh universitetlərinin professorları ilə birlikdə 18 yeni fənn üzrə dərsliklərin hazırlanmasına başlayıblar. Dərsliklər Azərbaycan və türk dillərində yazılacaq. Yeni dərsliklər İqtisadi dinamikanın əsasları, Rəqəmsal iqtisadiyyat, Beynəlxalq ticarət hüququ, İdarəetmə iqtisadiyyatı, Təşkilat davranışı, Brendinqin əsasları, Sosial pedaqogika, Texnologiyaların idarəedilməsi, Mobil tətbiqlər, Keramika emalı, Davamlı və inklüziv inkişafın idarə edilməsi, Sənaye mühəndisliyi, İxtisasa giriş, Polimer mühəndisliyi, Sosial işdə nəzəriyyələr və təcrübələr, Ekoloji biotexnologiya, Davranış iqtisadiyyatı, Təbii sərvətlərin iqtisadiyyatı və Əmək qanunvericiliyi fənləri üzrə hazırlanacaq.

SİYAHI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay