A

Mayın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Paşa Həyat Sığorta” ASC-nin maliyyə direktoru Əfqan Əfqanlı ilə tələbələrin görüşü keçirilib.

UNEC-in Karyera Mərkəzinin təşkil etdiyi görüşdə Ə.Əfqanlı tələbələrə öz uğur hekayəsindən danışıb. Onlara ilk karyera addımlarını atmaqda faydalı olacaq məsləhətlər verib.  “Paşa Həyat Sığorta” ASC-nin maliyyə direktoru şirkətlərində tələbələr üçün təşkil ediləcək karyera imkanları və təcrübə proqramları haqqında geniş məlumat verib. Görüşdə tələbələrin sualları əsasında müxtəlif mövzularda diskussiyalar aparılıb və real iş həyatı müzakirə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay