A

UNEC-də İqtisadiyyat və idarəetmə fakültəsində tələbə və müəllimlərin iştirakı ilə gender bərabərliyinə aid maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dosent Elşən Məmmədov açaraq, ölkəmizdə davamlı islahatların aparılması, vətəndaş cəmiyyətinin formalaşmasında əhalinin fəallığının artırılması istiqamətində görülən işlərin qadınların da cəmiyyətdəki rolunun artırılmasını təmin etdiyini, eyni  zamanda bunun mühüm sosial məsələ olduğunu vurğulamışdır.

Universitetin Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktor müavini,”Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri dosent Təranə Kərimova Azərbaycanda gender bərabərliyinin, qadın hüquqlarının ən yüksək səviyyədə təminatının məhz, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu qeyd etmişdir. O, Ümummilli Liderimizin hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəminin yüksək qiymətləndirilməsindən, onun cəmiyyətdə qadınların rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlanılmasından bəhs etmişdir.

Ölkəmizdə həyata keçirilən gender siyasəti ilə bağlı fikirlərini bölüşən Gənc Demokratlar İnstitutu”nun rəhbəri, ”Bərabər İnkişaf Naminə” Koalisiyanın üzvü, politoloq alim Yeganə Hacıyeva bildirib ki, Azərbaycan Respublikasının bütün qanunları və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır. ”Ölkəmiz bütün mühüm beynəlxalq sənədlərə,o cümlədən 1995- ci ildə “Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyaya qoşulub. 2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlanıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay