A

Türk Universitetləri Birliyinin "Orhun" akademik mübadilə proqramı çərçivəsində Qazaxıstanın S.Amanjolov adına Şərqi-Qazaxstan universitetinin müəllimləri Yercan Domalatov və Dinara Mamırbəyova UNEC-in Rus İqtisad Məktəbində mübadilədə iştirak edirlər.

Qazaxıstanlı müəllimlər tədris prosesi, eləcə də dekanlığın fəaliyyətinin təşkili ilə yaxından tanış olublar. Eyni zamanda tələbələrə sertifikatlı kurs keçiblər və Rus İqtisad Məktəbinin müəllimləri üçün "Flipped classroom" metodunun tətbiqində rəqəmsal təhsil resurslarından istifadə" mövzusunda təqdimatla çıxış edərək, bu istiqamətdə öz təcrübələrini bölüşüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay