A

UNEC-in Zaqatala filialında 15 iyun-Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Tədbir öncəsi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filialın direktor müavini dosent Həqiqət Qədimova 15 İyun - Milli Qurtuluş Gününün müasir Azərbaycanın tarixində ən mühüm tarixi gün olduğunu deyib və o dövr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra filialın İqtisadiyyat və idarəetmə kafedrasının müdiri dosent Səfər Razıyev çıxışında bu gün Ulu Öndər Heydər Əliyevin layiqlı davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Respublikamızın dinamik inkişaf etdiyini və dünya ölkələri sırasında özünə layiqli yer tutduğunu qeyd edib.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyev haqqında hazırlanmış video çarx nümayiş olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay