A

Elm və təhsil nazirinin əmri ilə Türk Dünyası İqtisad Fakültəsinin yaranmasının 30 illiyi münasibətilə və iqtisadçı kadrların hazırlanmasında səmərəli pedaqoji fəaliyyətinə görə fakültənin bır sıra əməkdaşı təltif edilib.

Mükafatların təqdim olunması mərasimində UNEC-in rektoru professor Ədalət Muradov, Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazqan, fakültə dekanı prof.Mehmet Yüce çıxış edərək, təltif olunan əməkdaşları təbrik ediblər. TÜDİFAK-ın keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan və gələcək planlardan söz açıblar, fakültənin gələcək fəaliyyətinə uğurlar diləyiblər.

Sonra əməkdaşlara mükafatlar təqdim olunub.

Fakültə nəzdində fəaliyyət göstərən “İqtisadiyyat və işlətmə” kafedrasının dosenti Südabə Salihovaya “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, TÜDİFAK-ın dekan müavinləri Yusif Əliyev, Cavahirxanım Məmmədova, kafedranın baş müəllimləri Turan Əhmədov, Bəsti Əliyeva, fakültənin katibi Rəna Qurbanova, katibliyin böyük mütəxəssisi Cahan Məmmədovaya isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı təqdim olunub.

TÜDİFAK-ın kollektivini və təltif olunan əməkdaşları 30 illik yubiley münasibətilə təbrik edirik, gələcək fəaliyyətlərində uğurlar diləyirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay