A

president.az

Ədalət Muradovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi adından səmimi-qəlbdən təbrik edirəm!

Xalqımızın böyük coşqu və həmrəylik göstərdiyi Zəfər seçkiləri Azərbaycanın dövlətçilik tarixinə yazıldı və ölkəmizin siyasi həyatında əlamətdar gün kimi əbədi olaraq yadda qalacaq.

Prezident seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq, ərazi bütövlüyü və suveren hüquqları bərpa olunmuş Azərbaycanın ərazisində keçirildi. Bu seçki Sizin Azərbaycana qazandırdığınız misli görünməmiş tarixi uğurların davamıdır.

Gərgin əməyiniz, yorulmaz fəaliyyətiniz, xalqa və Vətənə sonsuz sevginiz nəticəsində bu gün doğma Azərbaycanımız siyasi-iqtisadi, hərbi cəhətdən qüdrətli dövlətə çevrilib və bu uğurlar bizi hədsiz qürurlandırır.

Seçkilərdə qazandığınız şanlı Zəfərlə Azərbaycanın yeni dövrü başlandı və əminik ki, yeni dövr bütün sahələrdə Zəfər dövrü olacaq.

Möhtərəm Cənab Prezident!

Sizi xalqımızın sevgisi və dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram, ali vəzifənizdə yeni-yeni uğurlar diləyirəm!

Zəfər daim Sizinlə olsun, cənab Prezident!

Dərin hörmətlə,

Muradov Ədalət, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor

Azərbaycan Respublikası, Bakı şəhəri

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay