A

UNEC-də Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

Xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə təşkil olunan şənliyin açılışında çıxış edən tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova universitetin kollektivini təbrik edərək, onlara xoş arzularını çatdırıb.

UNEC Həmkarlar İttifaqı Komitəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bayram şənliyində universitetin həyətində Novruz atributlarndan ibarət guşələr yaradılıb, Dizayn Məktəbinin tələbələrinin baharın gəlişinə, Novruz adət-ənənələrinə həsr etdikləri rəsm əsərləri nümayiş olunub.

Yaradıcılıq Mərkəzinin vokal, instrumental orkestr, rəqs dərnəklərinin üzvləri olan istedadlı tələbələr bayram əhval-ruhiyyəli musiqi nömrələri ilə iştirakçılara xoş anlar yaşadıb.

Tələbələr Novruzun rəmzi olan bayram tonqalının ətrafında “Yallı” gedərək, birlik nümayiş etdiriblər.

UNEC-in ənənəvi olaraq, hər Novruz bayramında həyata keçirdiyi “Kitab at!” layihəsi çərçivəsində Kİtabxana İnformasiya Mərkəzi tərəfindən tələbələrə kitablar hədiyyə olunub.

Novruz bayramının məşhur personajları olan kosa ilə keçəlin Novruz səhnəcikləri şənliyə xüsusi rəng qatıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay