A

İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Professorlar Klubu”nun üzvlərinin ilk görüşü keçirilib.

Dənizkənarı istirahət mərkəzində, Xəzərin qoynunda təşkil olunan görüşdə UNEC-in professorlarından ibarət klub üzvləri ilə yanaşı, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, Respublika Ağsaqqallar Şurasının sədr müavini, “Şöhrət” ordenli böyük alim və ictimai xadim Teymur Bünyadov da iştirak edib.Görüşdə öncə “Professorlar Klubu”nun əsasnaməsi üzvlərin diqqətinə çatdırılıb.Klubun Rəyasət Heyətinin sədri, UNEC-in maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru Əvəz Ələkbərov görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, belə görüşlər, diskussiyalar universitetimizə, təhsilin səviyyəsinə və elmimizə gözlədiyimizdən də böyük bir uğur dalğası gətirəcək.Ə.Ələkbərov klubun devizini səsləndirib: “Elmin və təhsilin inkişafına dəstək ən böyük amalımızdır”. Sonra klubun üzvlərinə döş nişanları (loqo) təqdim edilib.Akademik Teymur Bünyadov arxeologiya və etnoqrafiya elminin yaranmasından, xalqımızın milli-mənəvi irsinin dəyərlərindən danışıb. Qeyd edib ki, bizim qarşıda duran əsas vəzifələrimizdən biri Azərbaycanın dövlətçilik tarixini, milli adət-ənənələrini, elm və mədəniyyətini effektli şəkildə təbliğ etməkdən ibarətdir.Səmimi və qeyri-rəsmi formatda təşkil olunan görüş maraqlı müzakirələrlə davam edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR