A

UNEC rektoru professor Ədalət Muradov İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların 3-cü Beynəlxalq Elmi Konfransındakı çıxışında Ağdamda yaradılacaq Qarabağ Universiteti haqqında fikirlərini bölüşüb:

"Bu il Prezident İlham Əliyev Respublika günü münasibətilə azərbaycan xalqını işğaldan azad edilmiş Ağdamdan təbrik etdi. Həmin gün Ağdamın baş planını Ağdamdan olan ziyalılarla müzakirə və təsdiq etdi. Respublika Günündə Ağdamın təməl daşı qoyuldu. Ağdamın baş planı Ağdamı dünyada bənzəri olmayan şəhərə çevirəcək. Bu baş planda Qarabağ Universiteti də nəzərdə tutulmuşdur. Bununla bağlı, fürsətdən istifadə edərək  bir fikrimizi bölüşmək istərdik.

Həqiqət ondan ibarətdir ki, müasir ali təhsil öz missiyasını artıq yerinə yetirə bilmir. Yəni ali təhsil bütövlükdə cəmiyyətin inkişafının önündə gedə bilmir, onun lokomativi deyil. Ali təhsil XXI əsr üçün vacib olan dəyərləri formalaşdırmaqda  zəifdir. Müasir universitetlər  gələcəyin millətini, millətin gələcəyini formalaşdıran bir institut kimi artıq güclü deyil. Eləcə də, ali təhsil mövcud forma və metodlarla hələ də tam formalaşmamış rəqəmsal iqtisadiyyat üçün mütəxəssis hazırlığını təmin edə bilmir. Ali təhsilin yenidən qurulmasından daha çox, yeni ali təhsil tələb olunur. Ağdamda yaradılacaq Qarabağ Universitetini IV sənaye inqilabı tələblərini nəzərə alaraq, gələcəyin Azərbaycanını, yəni rəqəmsal Azərbaycanı quracaq, Azərbaycanın rəqəmsal transformasiyasını təmin edəcək insan kapitalı formalaşdıracaq universitet kimi gördüyümüzü bildiririk".

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay