A

UNEC-də Maliyyə və maliyyə institutları kafedrasında “Bank işi” fənninin yeni tərtib olunmuş proqramının ictimai müzakirəsi keçirilib.  

Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, Paşa Bankın, Muğam Bankın, Mərkəzi Bankın, “Bank of Baku”nun, Beynəlxalq Bankın nümayəndələri də iştirak ediblər.

Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov UNEC-də tədris proqramlarının beynəlxalq təcrübəyə və beynəlxalq standartlara uyğunlaşdırılması, keyfiyyətinin daha da artırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Sonra kafedranın professoru Elnur Sadıqov “Bank işi” fənni üzrə yeni tədris proqramının təqdimatını keçirib. Professor həmin fənnin proqramını, fəaliyyət əsaslarını, mövzularını açıqlayıb, fənnin tədrisini ABŞ, Avropa, MDB ölkələri üzrə müqayisəli təhlil edib.

Təqdimatdan sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay