A

Sentyabrın 27-də UNEC-in Maliyyə və mühasibat, Biznes və menecment, İqtisadiyyat və idarəetmə, Rəqəmsal iqtisadiyyat, Mühəndislik, Türk Dünyası İqtisad  fakültələri, SABAH mərkəzi, Rus İqtisad Məktəbi,   UNEC Dizayn Məktəbi, UNEC Biznes Məktəbi, Ümumi fənlərin tədrisinin təşkili departamentinin nəzdində olan kafedralarda, eləcə də Zaqatala filialında ilk dərs saatları Anım Gününə həsr olundu

Dərslərdə tələbələrə Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində yazdığı şanlı tariximizdən söz açılıb. Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərən mərd oğullarımızın igidlikləri, Azərbaycan xalqının bir yumruq kimi həmrəylik nümayiş etdirərək, düşmənə məhvedici zərbələr endirməsi barədə geniş məlumat verilib. Qəhrəman şəhidlərimizin qanı, canı bahasına başa gəlmiş bu qələbə ilə Azərbaycan xalqının misli görünməmiş şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi diqqətə çatdırılıb.

Bu haqq savaşında UNEC-in 23 tələbəsinin şəhidlik zirvəsinə ucaldığı, yüzlərlə məzunumuzun qəhrəmancasına döyüşdüyü bildirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay