A

UNEC-də bərk məişət tullantılarının idarəedilməsinə həsr olunan maarifləndirici tədbirlər keçirilib.

Mühəndislik, Rəqəmsal iqtisadiyyat, İqtisadiyyat və idarəetmə, Türk Dünyası İqtisad, Biznes və menesment fakültələri, Rus İqtisad Məktəbi, UNEC Dizayn Məktəbində keçirilən tədbirlərdə fakültələrin müəllim və tələbə heyəti iştirak edib.

Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini dosent Muşrəvan Əliyev, Mühəndislik və tətbiqi elmlər kafedrasının dosentləri Kəmalə Dadaşova, Ramil Sadıqov, Sosial innovasiyalar və ictimai idarəetmə kafedrasının dosenti Xatirə Məhərrəmovanın təqdimatı ilə keçirilən maarifləndirici tədbirlərdə dövlət tərəfindən bərk məişət tullantılarının idarə edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə dövlət orqanlarının, ictimai təşkilatların və hər kəsin üzərinə düşən vəzifələrdən, maarifləndirmə işinin əhəmiyyətindən, bərk məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən və onların təkrar emalından danışıblar.

Tədbirdə İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının dosenti Validə Mehdiyevanın müəllifi olduğu “Bərk tullantıların emalı zamanı tətbiq olunan texnoloji proseslər” adlı broşür iştirakçılara təqdim olunub.

BROŞÜR

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay