A

UNEC-də 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsi ilə Qiyabi və əlavə təhsil mərkəzinin birgə təşkil etdiyi tədbirdə fakültə dekanı dosent Elçin Eyvazov, QƏTM-in direktoru Səbuhi Tanrıverdiyev çıxış edərək,Konstitusiyanın əsas fəsilləri, maddələri, eləcə də təhsil hüququ barədə tələbələri məlumatlandırıblar.

Maliyyə və mühasibat fakültəsində keçirilən seminarda fakültə dekanı dosent Hafis Hacıyev, İqtisadiyyat kafedrasının dosenti Ərəbiyyə Mustafayeva Konstitusiyanın qəbul olunma tarixindən və onun yaranmasını şərtləndirən tarixi səbəblərdən söz açıblar.

Rus İqtisad Məktəbinin direktor müavini dosent Anar Eyyubov isə tələbələrə  Konstitusiyanın əsas anlayışı və sosial-iqtisadi mahiyyətindən bəhs edib.

Silsilə tədbirlər Biznes və menecment, Rəqəmsal iqtisadiyyat, Mühəndislik, Türk Dünyası İqtisad  fakültələri, Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH mərkəzi, UNEC Dizayn Məktəbi, Ümumi fənlərin tədrisinin təşkili departamentində də təşkil olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay