A

MDB Dövlətlərarası Statistika Komitəsinin təşkilatçılığı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin “Tauride” sarayında Statistika İstehsalçıları və İstifadəçilərinin Beynəlxalq Forumu (Международный форум производителей и пользователей статистики) keçirilib.

Forumda MDB-yə üzv olan ölkələrin Statistika idarələrinin, İqtisadiyyat nazirliklərinin, Ali Məktəblərin və elmi-tədqiqat institut və mərkəzlərinin nümayəndələri ilə yanaşı BMT-nin statistika şöbəsinin direktoru Stefan Şvaynfest, Avropa Statistikləri Konfransının katibi Tiina Luyqe, Serbiya respublikasının Statistika İdarəsinin direktoru Miladin Kovaçeviç, Koreya ABLE Akademiyasının direktoru Kim Endryu, Meksikanın Milli statistika və coğrafiya institutunun baş məsləhətçisi Dias Kastilio Silviya Ariadna və s. kimi 120-dən çox nümayəndə iştirak edib. Beynəlxalq Forumda ölkəmizi Dövlət Statistika Komitəsinin, İqtisadiyyat nazirliyinin və UNEC-in nümayəndələri təmsil olunublar.

UNEC-in Rus İqtisad Məktəbinin nəzdində fəaliyyət göstərən “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Ramiz Cavadov forumda “Большие данные - как новый статистический подход  в развитии  науки и образования” (“Böyük verilənlər - elm və təhsilin inkişafında yeni statistik yanaşma kimi”) adlı məruzə ilə çıxış edib.

Forum çərçivəsində rəqəmsallaşmanın, statistik məlumatların istehsalının səmərəliliyinin artırılması və istifadəçilərin müasir tələbatlarının lazımı səviyyədə ödənilməsi sahəsində mövcud problemlər, çağırışlar və perspektivlər geniş müzakirə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay