A

UNEC-in gənc müəllimi, Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədlinin “Peşə Təhsili müəssisələrində Sosial Media Marketinqi” adlı kitabı çap olunub.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, "Yerli İdarəetməyə Yardım" İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlanan dərslikdə marketinqə aid beynəlxalq nümunələrlə yanaşı, yerli bazarda olan bir çox praktik nümunələr, eləcə də marketinq alətlərinin yerli bazarda tətbiqinə dair nümunələr göstərilib. Yerli və beynəlxalq keyslərin yer aldığı kitab məzmun baxımından sosial media marketinqi ilə maraqlananlar üçün praktik alət hesab oluna bilər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay