A

“Heydər Əliyev İli”nə həsr olunmuş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən yay oxuları UNEC-in Quba tədris, idman və istirahət kompleksində  davam edir. 

Yay günləri UNEC əməkdaşları və onların ailə üzvləri Quba tədris, idman və istirahət kompleksinin maraqlı və fərqli guşələrində kitabla birgə mədəni istirahət edirlər. 

UNEC ailəsinin mədəni istirahətinin faydalı və səmərəli təşkilinə xidmət edən yay oxularında görkəmli alim, ixtiraçı Nikola Teslanın “İxtiralarım” və kimya üzrə Nobel mükafatçısı İlya Priqojinin “Müəyyənliyin sonu” adlı kitablar müzakirə edilib.

Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri professor Rövnəq Rzayev kitabların qısa məzmunundan və hər iki alimin bəşəriyyətə bəxş etdiyi ixtiraların əhəmiyyətindən danışıb. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay