A

UNEC-in Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov tələbələrlə birlikdə UNEC Muzeyini ziyarət ediblər.

Muzey əməkdaşları tərəfindən Ulu öndər Heydər Əliyevin açdığı böyük, müqəddəs yol, dövlətimizin humanitar siyasəti ilə bağlı onun irəli sürdüyü önəmli tövsiyələr, ölkəmizin hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri haqqında məlumatlar verilib.

Ziyarətçilər zamanın müəyyən məqamlarını özündə yaşadan muzeydə nümayiş olunan eksponatlarla-elmi və təhsil-metodiki nəşrlər, multimediya vasitələri, foto və kino sənədləri, çap materialları, universitetin mükafatları, tarixi haqqında sənədlər, universitetə, muzeyə bağışlanan hədiyyələrlə tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay