A

Ağdam rayonunun Quzanlı qəsəbəsində Şuşa ilinə həsr edilən “V Beynəlxalq Həmzə Nigari” adlı simpozium keçirilib.

Simpoziumu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn kafedrası təmsil edib.

Simpoziumda Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova və kafedranın müəllimi Nərminə Namazova canlı məruzələrlə çıxış edərək, iştirakçılara mövzu ilə bağlı maraqlı məlumatlar veriblər. Kafedranın dosenti Yeganə Ağamalıyeva, müəllimlərdən Gülçöhrə Salehzadə, Lidiya Safronovanın məruzələri isə video çarx formatında dinlənilib.

Simpozium çərçivəsində rəsm sərgisi təşkil olunub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və UNEC Dizayn Məktəbinin müəllim və tələbələrinin 30-a yaxın rəsm əsərləri və dekorativ-tətbiqi sənət nümunələri sərgidə nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay