A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova, kafedra müdiri dosent Elfanə Qasımova və kafedranın müəllimi İlahə İsayeva iştirak ediblər. Müsabiqə zamanı UNEC Dizayn Məktəbinin tələbələrinin 20 Yanvar faciəsi ilə bağlı çəkdiyi rəsm əsərləri nümayiş olunub.

Münsiflər heyətinin qərarına əsasən, I yerə Ruhəngiz Minacəddinovanın əsəri layiq görülüb. II yeri Aişə Eminbəyli, III yeri isə Leyla Cəbrayılova qazanıblar. Müsabiqə qaliblərinə diplom və təşəkkürnamələr təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay