A

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2024-cü ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün yay düşərgəsi və iş yerində təcrübə olmaqla, iki hissədən ibarət “Yay Təcrübə Proqramı” təşkil edir.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşları UNEC-in sonuncu kurs tələbələri, və magistrlərlə görüşlər keçirərək, onlara “Yay Təcrübə Proqramı” barədə ətraflı məlumat veriblər.

Görüş çərçivəsində Tədris Mərkəzinin baş müəllimi Tural Abbasovun təqdimatında “Vergi məsuliyyəti nədir?” mövzusunda təlim də təşkil olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay