A

Sən də sosial sahədə rəqəmsal, innovativ və yaradıcı ideyaya sahibsənsə komandanı yığ və bu fürsəti qaçırma!

Müraciət şərtləri: 

Layihəyə sosial sahədə rəqəmsal, innovativ və yaradıcı ideyaya malik tələbələr minimum 2, maksumum 5 nəfərdən ibarət komanda şəklində müraciət edə bilərlər.

Layihə ideyaları bu tələblərə cavab verməlidir.

Qeydiyyat linki: Formu doldur

Nələr qazanacaqsan?

Sertifikat və Startap ideyasına dəstək şansı!

Ən uğurlu ideyalar layihənin növbəti mərhələlərinə keçəcək. Həmin layihə komandaları peşəkar mentorlarla çalışma imkanı və Respublikada tanınan təşkilat və qurumlarla şəbəkələşmə şansı əldə edəcəklər.

 Son müraciət tarixi: 27.06.2025

Əlavə məlumat üçün suallarınızı This email address is being protected from spambots. You need JavaScript enabled to view it. e-poçt ünvanına yönləndirə bilərsiniz.

İdeya aşağıdakı tələblərə cavab verməlidir:

  1. İdeyanın düzgün təsviri və aktuallığı: Layihə ideyası tam və dəqiq olmalı, məqsəd və hədəfləri düzgün göstərilməli, eləcə də sosial sahədə aktual dövlət siyasətini tamamlamalıdır.
  2. İnnovasiya və yaradıcılıq: Layihə innovativ və yaradıcı olmaqla, sosial inkişafı dəstəkləməli, sosial xidmətlərin keyfiyyətinin artırılması və inklüziv həyat şəraitinin yaxşılaşdırılması məqsədini daşımalıdır.
  3. Praktiki aktuallıq: Layihə praktik tətbiqi olmalı və layihə çərçivəsində təklif olunanlar həyata keçirilmə potensialına malik olmalıdır.
  4. Unikallıq: Layihə fərdi (və ya qrup şəklində) intellektual fəaliyyətin nəticəsi olaraq özünəxas olmalıdır.
  5. Davamlılıq: Layihənin dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı olmalıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay