UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və Suraxanı rayonu Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyasının birgə təşkilatçılığı ilə “UNEC-də bir gün” layihəsi keçirilib.
Layihə çərçivəsində gimnaziyanın direktoru Xəyalə Veyisova, müəllim heyəti və abituriyentlər UNEC-in I saylı tədris binasında qonaq olublar.
UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Səmayə Şirinova abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, UDİD, Minor proqramları, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı, keçid balları barədə təqdimatla çıxış edib. Həmçinin onları maraqlandıran sualları cavablandırıb.
Sonra şagirdlər üçün infotur təşkil olunub. Onlar 7/24 kitabxana, Bloomberg laboratoriyası, İmtahan zalı, UNEC Extern Mərkəzi, tələbə yeməkxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları ilə tanış olublar.
Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.