30 oktyabr 2024-cü il tarixində saat 15:00-da UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin təqdimatında COP29-a həsr olunan "Məsuliyyətli İstehlak və İstehsal (BMT Dayanıqlı İnkişaf Məqsədi 12): Qida Tullantıları ilə Mübarizə" mövzusunda onlayn seminar təşkil olunacaq.
UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin tədqiqatçısı BK Portsmouth Universitetinin İqtisadiyyat fakültәsinin dosenti Zəhra Muradın moderatorluğu ilə keçiriləcək tədbirdə həmin universitetin tədqiqatçısı dr. Roza Sagitova məruzə ilə çıxış edəcək.
Tədbirin işçi dili ingilis dilidir.
Seminara Zoom LİNKİ vasitəsi ilə qoşula bilərsiniz:
kod: 501661
Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi Facebook səhifəsində canlı olaraq yayımlanacaq.