“Dərs Evi” Tədris mərkəzinin abituriyentləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə UNEC-in 3 saylı tədris binasında keçirilən görüşdə abituriyentlərə ixtisaslar, keçid balları, imtahan prosesi, rəqəmsal tədris, UDİD, xüsusi təqaüd imkanları, dünyanın müxtəlif ölkələrinin universitetləri ilə həyata keçirilən ikili diplom, mübadilə proqramları və s. barədə ətraflı məlumat verilib. Həmçinin abituriyentləri maraqlandıran suallar cavablandırılıb.
Sonra abituriyentlər tədris binasındakı kitabxana, laboratoriyalar, idman zalı, tələbə müzakirə otağı, tələbə yeməkxanası və auditoriyalarla tanış olublar.
Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər, 492 60 43 telefonu ilə əlaqə saxlayaraq və ya rəsmi facebook, instaqram səhifələrəmizə yazaraq, universitetlə tanış ola bilərlər.