2025-2026-ci tədris ili üzrə UNEC -in Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə tələbələri üçün Fransanın Montpellier Universiteti ilə həyata keçirilən ikili diplom proqramına qeydiyyata start verilib.
Proqrama qəbul olan tələbələr 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr 4-cü kurs təhsillərini UNEC-də davam etdirəcəklər.
Qəbul şərtləri:
– UNEC-in 1-ci kursunda təhsil almalı;
– Minimum orta bal (ÜÖMG) – 81 bal;
– İngilis dili – B2.
Tərəfdaş universitet – Montpellier Universiteti
Müddət – 1 il
Tədris dili – İnglis dili
Təhsil haqqı – 2250 avro
Qeydiyyat haqqı – yoxdu
Tədrisin başlanması – 2025-ci il, sentyabr.
Tədrisin bitməsi – 2026-ci il, aprel.
Son müraciət tarixi – 13 fevral 2025-ci il.
Sənədlər bir fayl şəklində (pdf formatında) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:
Elektron məktubu göndərərkən başlıq hissəsində «Montpellier Universiteti» yazılmalıdır.
Yerlər məhdul olduğu üçün namizədlər müsahibə yolu ilə seçiləcəklər.
Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:
UNEC, Beynəlxalq Əməkdaşlıq Departmenti.
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.