Martın 13-də UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfrans keçiriləcək.
Azərbaycan Respublikasının Auditorlar Palatası, UNEC və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə, Auditorlar Palatasının sədri Vahid Novruzov, UNEC rektoru professor Ədalət Muradov və digər qurumların nümayəndələri çıxış edəcəklər.
Tədbirdə “Rəqəmsal gömrük: Ticarətin asanlaşdırılması və büdcə dayanıqlılığı kontekstində”, “ƏL/TMM-ə qarşı mübarizə ölkənin maliyyə təhlükəsizliyinin mühüm amili kimi”, “Maliyyə təhlükəsizliyi və kadr hazırlığına yeni dövrün çağırışları”, “Maliyyə nəzarətinin qanunvericilik bazası və onun təkmilləşdirilməsi məsələləri”, “Audit konstitusiya və suverenlik zəminində”, “Süni intellektin maliyyə nəzarətində istifadə imkanları”, “Maliyyə şəffaflığı, elm və praktikanın vəhdəti: müasir çağırışlar”, “Qanunsuz yolla əldə olunmuş əmlakın leqallaşdırılmasına qarşı mübarizədə müstəqil auditin rolu və vəzifələri”, “Dövlət investisiya layihələrinin səmərəliliyinin təmin olunmasında maliyyə nəzarətinin rolu” mövzularında çıxışlar olacaq.