Aprelin 23-də Dövletməmmet Azadi adına Türkmən Milli Dünya Dilləri İnstitutunda “Xarici dillərin tədrisində dünya və milli təcrübə” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfrans xarici dillərin tədrisi sahəsində dünya və milli təcrübələrin müqayisəli şəkildə müzakirəsi, bu istiqamətdə tətbiq olunan müasir yanaşmaların və metodların paylaşılması, eləcə də müxtəlif ölkələrin ali təhsil müəssisələri arasında elmi və akademik əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli platforma rolunu oynayacaq. Tədbir çərçivəsində iştirakçılar xarici dil tədrisinin aktual məsələləri, innovativ tədris üsulları və təcrübədə əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Konfransda iştirak üçün əlaqə: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay